İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Polşa prezidenti NATO-nu hədələyib

Polşa Prezidenti Anjey Duda NATO-nu Ukraynaya hərbi yardımın çatdırılması üçün əsas logistika mərkəzi olan Rzeşovdakı Yasionka hava limanını bağlamaqla hədələyib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə müsahibəsində deyib.

Duda qeyd edib ki, Polşa Ukraynaya yardımın Polşa ərazisi vasitəsilə çatdırılması qərarının verildiyi çox mühüm beynəlxalq qurumlara dəvət olunmayıb.

“Hesab edirəm ki, həm ukraynalılar, həm də müttəfiqlərimiz sadəcə olaraq Rzeşovdakı hava limanının və bizim magistrallarımızın onlara məxsus olduğunu düşünürlər. Bu, onların deyil, bizimdir”, – o deyib.

Polşa rəhbərinin sözlərinə görə, kiminsə xoşuna gəlməyən bir şey varsa, Varşava onu bağlayır və “əlvida” deyir.

Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış İsveç və Finlandiyanın NATO-ya qoşulmasından sonra Baltik dənizinin alyansın daxili dənizinə çevrildiyini bildirib. Qeyd olunur ki, o, bu bəyanatı sahilyanı yerüstü müşahidə radarlarının tədarükünə dair müqavilə imzalayarkən verib.

Gundelik.az