İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İndoneziyada piton fermeri udub (VİDEO)

İndoneziyanın Majapahit şəhərində piton 63 yaşlı fermeri bütövlükdə udub.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, qonşuları fermer La Notinin itdiyini görüblər. Səhər fermerlə görüşməli idilər, lakin qohumlarından onun plantasiyadan evə qayıtmadığını öyrəniblər. Sakinlər birlikdə itkin düşən fermeri axtarmaq üçün yola düşüblər. İtkin fermerin motosikleti daxmanın yanında tapılıb. Bir az axtarışdan sonra ətrafda böyük piton tapıblar.

Səkkiz metr uzunluğunda olan pitonu öldürərək fermerin cəsədini onun qarnından çıxara biliblər. Cəsədin La Notiyə məxsus olduğu məlum olub.

Qonşular pitonun mədəsinin içindəkiləri lentə alıblar. Ehtimal olunur ki, ilan fermer toyuqlarını bəsləyərkən ona hücum edib. Fermerin yanında silah olmadığından piton onu asanlıqla udub.

Qonşular daha sonra La Notinin qalıqlarını ailəsinə çatdırıblar, ailəsi tezliklə dəfn mərasimi təşkil edəcək. Yerli hakimiyyət nümayəndələri qeyd ediblər ki, bu, ərazidə ilk belə hadisədir. Bununla belə, bu cür piton hücumları İndoneziyanın digər hissəsində qeyri-adi hal deyil. Belə ki, yağış bol olan ərəfələrdə ilanlar mal-qaranı ovlamaq üçün plantasiyalara hücum edirlər.

Gundelik.az