Bu ilin birinci yarısında Türkiyə podrat sektorunun xaricdə həyata keçirdiyi layihələrin həcmi 6,2 milyard dollara çatıb.
Gundelik.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin podrat sektoru 2020-ci ildə xaricdə təxminən 17,2 milyard dollar dəyərində 386 layihə həyata keçirib. Türk şirkətlərinin xaricdə həyata keçirdikləri layihələrin məbləği 2021-ci ildə 31 milyard 790 milyon dollara yüksəlib. 2022-ci ildə layihənin məbləği 20,1 milyard dollara enib. Xarici müqavilə sektorunun 2023-cü ildə həyata keçirdiyi layihələrin məbləği 28,6 milyard dollar, layihələrin sayı isə 445 olub.
Ötən il sektorun həyata keçirdiyi layihələrin həcmi qlobal iqtisadi problemlərə və Rusiya-Ukrayna müharibəsinin təsirlərinə baxmayaraq 31,2 milyard dollara çatıb. Bu müddət ərzində 378 layihə həyata keçirilib.
Türkiyə podrat sektoru cari ilin iyun ayının sonunadək xaricdə 93 layihə həyata keçirib ki, onların da ümumilikdə dəyəri 6,2 milyard dollara bərabər olub.
Layihələrin 43,2 faizi Müstəqil Dövlətlər Birliyinin payına düşür
1972-ci ildən bəri xarici müqavilə sektoru 137 ölkədə 543,6 milyard dollar dəyərində 12627 layihə həyata keçirib.
Türk podratçılar hazırda Müstəqil Dövlətlər Birliyi (MDB), Yaxın Şərq və Afrikada böyük layihələr həyata keçirirlər.
Bu günə qədər həyata keçirilən layihələrin regional bölgüsündə MDB 43,2 faiz payla birinci yerdədir. İndiyədək MDB məkanında 235 milyard dollarlıq layihələr həyata keçirilib.
Yaxın Şərq regionu 25,5 faiz payla MDB-dən sonra ikinci pillədə qərarlaşıb. Burada həyata keçirilən layihələrin həcmi isə 138,5 milyard dollara çatıb.
Afrika 17,9 faiz payla və 97 milyard dollar dəyərində layihələrin həcmi ilə üçüncü yeri tutub. Bu regionları 53,8 milyard dollarlıq layihə ilə Avropa və 14,4 milyard dollarlıq layihə ilə Asiya-Sakit Okean regionu izləyir. Sektor həmçinin Amerika qitəsində 4,6 milyard dollar dəyərində layihələr həyata keçirib.
Layihələrin əksəriyyəti Rusiyada icra edilib
Həyata keçirilən layihələrin ölkə üzrə paylanmasına Rusiya birinci yerdə qərarlaşıb. Rusiyada bu günə kimi 103,1 milyard dollarlıq layihə həyata keçirilib. Rusiyanı 54,2 milyard dollarla Türkmənistan və 36,6 milyard dollar hecmində layihə ilə İraq izləyir. Bu ölkələrin ardıyca Türkiyə podratçıları 33,4 milyard dollarlıq layihə ilə Səudiyyə Ərəbistanı və 31,4 milyard dollarlıq layihə ilə Liviyada layihələr həyata keçiriblər.
Həmçinin Türkiyə podratçıları Qazaxıstanda 29,6 milyard dollarlıq, Əlcəzairdə 23,2 milyard dollar dəyərində, Azərbaycanda 20,8 milyard dollar həcmində, Qətərdə 20,3 milyard və Birləşmiş Ərəb Əmirliklərində 18,8 milyard dollar dəyərində layihələr həyata keçirib.
Türk podratçılarının xaricdə bu günə qədər öhdəsinə götürdüyü layihələrdə tunellər və körpülər 14,1 faizlə birinci yerdədir. Bu sektoru 13,4 faizlə mənzil, 8,5 faizlə tikinti izləyir.
Gundelik.az
