İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Ermənistanla Azərbaycan arasında sülh sazişi bu tarixdə imzalana bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev iyulda keçiriləcək növbəti görüşdə saziş imzalaya bilərlər.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, yekun diplomatik sənədlərin imzalanma vaxtı “Middle East Eye”nin hesabatında məlum olub.

“İki ölkə sülh sazişinə nail olmaqla bağlı danışıqları davam etdirdiyi üçün görüşün bu ayın sonunda keçirilməsi planlaşdırılır”, – nəşr bildirib.

Paşinyan bundan əvvəl Əliyevlə may ayında Albaniyada Avropa Siyasi Birliyinin sammitində görüşüb. O, Bakı təmsilçisini onunla qəhvə içməyə dəvət edib.

Gundelik.az