Rusiya bazarını itirəcəyi təqdirdə Azərbaycan biznesi təxminən 1,2 milyard dollar itirə bilər.
Gundelik.az xəbər verir ki, bu barədə BMT-nin “Comtrade” platformasının məlumatlarına əsasən hesabalamalar aparılıb.
Belə ki, ötən il Azərbaycan 26,6 milyard dollarlıq məhsul ixrac edib. Bunun təxminən 1,2 milyard dolları və ya 4,4 faizi Rusiyaya edilib. 2023-cü illə müqayisədə Azərbaycanın Rusiyaya ixracı 1,5 faiz, ümumi ixracı isə beşdə bir həcmdə azalıb.
Eyni zamanda, Rusiya Bankının məlumatına görə, 2024-cü il üçün Rusiya ixracı 433,1 milyard dollar təşkil edib. Bunlardan Azərbaycana tədarüklər cəmi 0,8 faiz və ya 3,6 milyard dollar təşkil edib. Bu, bir il əvvəllə müqayisədə 15 faiz çoxdur.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 442,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon ABŞ dolları və ya 3,7% çoxdur.
Cari ilin 5 ayı ərzində Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 31,47%-ni təşkil edib. Bununla da hesabat dövründə Rusiya Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr sırasında ilk pillədə qərarlaşıb.
2024-cü ilin yekunlarına görə, 2020-ci ildən etibarən Azərbaycanın ixracında Rusiya maksimum, Azərbaycan isə Rusiya ixracında tarixi maksimuma çatıb.
Beləliklə, iki ölkə arasında son zamanlar baş verənlər fonunda iqtisadi əlaqələr zəifləyərsə, Rusiya Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkə mövqeyini itirə, Azərbaycan isə daha alternativ bazar imkanları axtarmaq zərurətində ola bilər.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov “Minval”a açıqlamasında Moskva ilə Bakı arasında bir sıra iri birgə iqtisadi layihələr üzrə danışıqların dayandırıldığını bildirib.
Gundelik.az
