İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xankəndidə kanat xəttinin layihələndirilməsinə 1,2 milyon manat ayrıldı

Xankəndi şəhərində tikintisi nəzərdə tutulan kanat xətti layihələndiriləcək.

Gundelik.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müvafiq işləri yekunlaşdırıb.

AYNA layihələndirmə işlərinin icrasını “ArchiCO Project” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, kanat xəttinin layihələndirilməsi 1 209 500 manata başa gələcək.

Kanat xəttini layihələndirəcək şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Musayeva Zəminə Ağasalam qızıdır.

Gundelik.az