Xankəndi şəhərində tikintisi nəzərdə tutulan kanat xətti layihələndiriləcək.
Gundelik.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müvafiq işləri yekunlaşdırıb.
AYNA layihələndirmə işlərinin icrasını “ArchiCO Project” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, kanat xəttinin layihələndirilməsi 1 209 500 manata başa gələcək.
Kanat xəttini layihələndirəcək şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Musayeva Zəminə Ağasalam qızıdır.
Gundelik.az

