Abduləziz Xanəhmədoğlu 1955-ci il iyulun 1-də Azərbaycan Kürdəmir rayonunun Çarlı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbində təhsil almışdır. (1962-1972). Şirvan şəhərindəki Pedoqoji Texnikuma daxil olmuşdur və orada təhsilini davam etdirmişdir (1972-1978). Hazırda Çarlı kənd orta məktəbində təlim – tərbiyə işləri üzrə direktor müavinidir. İlk şeirləri məktəbin divar qəzetlərində çıxmışdır. Sonra “İrəli”, “İşıq” rayon qəzetlərində vaxtaşırı dərc olunmuşdur. Otuz ildən artıqdır ki, səmərəli ədəbi fəaliyyətini davam etdirir. “Qızıl qələm” Media mükafatı laureatıdır.
Əsərləri: “Sənsiz günlərim” (2000), “Ömrün nəğmə payı” (2000),”Söz ürəyə toxunanda” (2001), “Müəllim ömrü” (2001), “Tərs keçilər” (2002), “Bilmirəm mən səni necə tapmışam” (2003), “Ömürdən qalan izlər” (2004), “Bir günəş parladı” (2008), “Gecikmiş etiraf” (2009), “Eldən gedən igid” (2009) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 23.
Gundelik.az
