İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Finlandiya Azərbaycan iqtisadiyyatlarına qarşılıqlı investisiyaları kəskin artırıblar

Bu ilin birinci rübündə Finlandiyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 19,348 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 18,7 milyon ABŞ dolları və ya 30,9 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyadan yatırılan investisiyaların payı 1,3% təşkil edib.

Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Finlandiya iqtisadiyyatına 5,565 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 6,4 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,8% təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin ilk rübündə Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 627 min ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 867 min ABŞ dollarına bərabər olub.

Gundelik.az