İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycan hava nəqliyyatı yük ixrac və idxalını azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 3,719 milyard ABŞ dolları dəyərində 6,218 min ton yük daşınıb.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,313 milyard ABŞ dolları və ya 2,6 dəfə çox, həcm ifadəsində isə 43,642 min ton və ya 8 dəfə azdır.

Məlumata əsasən, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 153,796 milyon ABŞ dolları dəyərində 919 ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 36,887 milyon ABŞ dolları və ya 31,6% artım, həcm ifadəsində isə 43,637 min ton və ya 48,5 dəfə azalma deməkdir.

Eyni zamanda dövr ərzində hava nəqliyyatı vasitəsilə Azərbaycana 3,565 milyard ABŞ dolları dəyərində 5,299 min ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 5 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 2,276 milyard ABŞ dolları və ya 2,8 dəfə artıb, həcm baxımıdan isə 5 ton və ya 0,1% azalıb.

Gundelik.az