İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Xocalının Xanyurdu kəndində evlərin təmirinə başlanılır – 5,7 milyon manatlıq LAYİHƏ

Xocalı rayonunun Xanyurdu kəndində bir sıra fərdi yaşayış evlərinin təmirinə başlanılır.

Gundelik.az-ın məlumatına görə, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlər yekunlaşdırılıb.

Dövlət xidməti sözügedən kənddə fərdi yaşayış evlərinin cari təmiri işlərini “Geno Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 5 731 611 manat ödənilib.

Gundelik.az