İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Almaniyanın pərakəndə satışları azalır

Almaniyada apreldə pərakəndə satışlar əvvəlki ayla müqayisədə 1,1% azalıb.

Gundelik.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Analitiklər orta hesabla göstəricinin 0,2% artacağını gözləyirdilər.

Almaniyada ərzaq pərakəndə satışları 0,1%, qeyri-ərzaq mağazalarında isə 1,3% azalıb. Elektron ticarət və poçt sifarişi satışları 0,2% azalıb.

Almaniyada pərakəndə satışlar aprel ayında illik müqayisədə 2,3% artıb.

Yenidən işlənmiş məlumatlara görə, pərakəndə satışlar mart ayında əvvəlki ayla müqayisədə 0,9 faiz, illik müqayisədə 3,3 faiz artıb. Bundan əvvəl bildirilmişdi ki, ötən ayda satışlar fevral ayı ilə müqayisədə 0,2% azalıb, əvvəlki ilin mart ayı ilə müqayisədə isə 2,2% artıb.

Gundelik.az