Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 300,5 milyon manat təşkil edib.
Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 30,7 milyon manat və ya 11,4% çoxdur.
Eyni zamanda hesabat dövründə həyat sığortası üzrə ödənişlərin həcmi 40,3 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 18,7 milyon manat və ya 14,6% çoxdur.
Bundan başqa, 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 151,4 milyon manat təşkil edib. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 10,8 milyon manat və ya 7,7% çoxdur.
Eyni zamanda hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi 40,3 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 1,1 milyon manat və ya 2,9% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 588,5 milyon manat sığorta haqqı yığılıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk 4 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 231,3 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artım deməkdir.
Gundelik.az
