“Azercell Telekom” MMC-yə məxsus bir sıra unikal mobil telefon nömrələri satışa çıxarılır.
Trend-in əldə etdiyi məlumata görə, satışa çıxarılan mobil nömrələrin ilkin qiyməti 4000 manatdan başlayaraq 36 min manatadək, 10%-i həcmində hesablanmış behin məbləği isə 400 manatdan 3600 manatadək dəyişir.
Hərracın keçirilməsi iyunun 23-ü üçün nəzərdə tutulub.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
23 iyun 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələri haqqında məlumatı təqdim edirik:
Gundelik.az
