İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rusiyada nazir saxlanıldı

Rusiya Federativ Respublikasının  Buryatiya vilayətinin nəqliyyat naziri Aleksandr Qoqe korrupsiya ittihamı ilə saxlanılıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, vilayət hökuməti sədr müavini Vyaçeslav Suxorukova məlumat verib.

“Biz onun həbs olunmasını gözləyirdik, qarşılıqlı əlaqədə idik. Lakin əməliyyat-axtarış fəaliyyəti və istintaq fəaliyyəti susqunluq tələb edən iş növüdür. Və buna uyğun olaraq, bütün bunların necə hazırlandığı, necə baş verdiyi, materialların necə təhlil edildiyi, sübutların tədricən necə toplandığı barədə danışmağa ehtiyac yoxdur”, – Suxorukov bildirib.

Sədr müavini qeyd edib ki, Buryatiya hökuməti bu işlə bağlı hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə olub.

Cinayət işinin təfərrüatları barədə hələlik məlumat verilmir.

Gundelik.az