İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Avrozonada apreldə inflyasiya yüksəlib

Bu ilin aprel ayında Avrozonada istehlak qiymətləri illik müqayisədə 2,2% artıb.

Gundelik.az bu barədə Avropa İttifaqının statistika idarəsinin ilkin məlumatları təqdim edən hesabatına istinadən xəbər verir.

Bununla da inflyasiya demək olar ki, əvvəlki ayın səviyyəsində qalıb.

Xidmətlərin qiymətlərinin artımı ötən ay sürətlənərək martdakı 3,5%-dən 3,9%-ə, ərzaq məhsulları, alkoqol və tütün məmulatlarının qiymətləri 2,9%-dən 3%-ə yüksəlib. Sənaye mallarının qiymətləri apreldə əvvəlki ayla eynilə 0,6% artarkən, enerji qiymətləri martda 1% azaldıqdan sonra daha 3,5% azalıb.

Ərzaq və enerji xərcləri istisna olmaqla istehlak qiymətlərindəki artım tempi (Əsas CPI indeksi) aprel ayında əvvəlki ayla müqayisədə 2,4%-dən 2,7%-ə qədər sürətlənib. Ekspertlər orta hesabla bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıblar.

Gundelik.az