İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

Bu universitetdə 100 əcnəbinin təhsili ilə bağlı müvafiq xərclərə 177 min manat sərf olunacaq

2025-2028-ci illər üzrə Bakı Mühəndislik Universiteti (BMU) bir sıra əcnəbi tələbənin təhsili ilə bağlı müvafiq işlərə başlayır.

Gundelik.az-ın məlumatına görə, qeyd olunan illər üzrə 100 nəfər əcnəbi tələbənin təhsil almaq üçün universitetə gətirilməsi üzrə vasitəçilik xidmətləri alır.

Belə ki, artıq BMU sözügedən işlərin icrasını “Education in Azerbaijan” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 177 min manat ödənilib.

Gundelik.az