Türkiyənin Van şəhərinin Gevaş rayonunda sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 28 nəfər xəsarət alıb.
Brlə ki, qəza Van-Bitlis avtomobil yolunun Akdamar adası yaxınlığında baş verib.
Qəza sonrası hadisə yeri çox sayda təcili yardım, polis və yanğınsöndürmə briqadaları göndərilib.
Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar müalicə olunmaq üçün xəstəxanalara aparılıb.
Gundelik.az
