İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İlon Mask bu vəzifəsindən gedir

Elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla”nın direktorlar şurası şirkətin rəhbəri İlon Maskın yerinə yeni baş direktor axtarışına başlayıb.

Gundelik.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin yazdığına görə, bu qərara “Tesla”nın birja səhmlərinin düşməsi, həmçinin amerikalı milyarderin vaxtının çox hissəsini şirkətdə deyil, ABŞ hökumətinin səmərəliliyinin artırılması departamentinə nəzarət etməsindən hiddətlənən bəzi investorların narazılığı səbəb olub.

Bundan əvvəl idarə heyəti üzvləri İlon Maskdan “Tesla”nın işlərinə daha çox diqqət yetirməyi xahiş etmişdilər. Onun varis axtarışı ilə bağlı xəbərdar olub-olmaması məlum deyil.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskı öz komandasında qalmağa dəvət etmişdi.

Bundan başqa, Maskın siyasi solun tənqidlərindən yorulduğuna görə ABŞ hökumətindəki işini tərk edə biləcəyi bildirilirdi.

Gundelik.az