Şimali Koreya lideri Kim Çen In hesab edir ki, ölkə donanmasının nüvə silahı ilə təchiz edilməsi prosesi sürətləndirilməlidir.
Gundelik.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
O, Şimali Koreyanın yeni çoxməqsədli esminesi “Ço Hyon”un silahınım sınağ müddəti zamanı deyib: “Dövləti və dəniz suverenliyini mövcud və gələcək təhdidlərdən qorumaq üçün Hərbi Dəniz Qüvvələrinin nüvə silahlandırılmasını sürətləndirmək ilə bağlı məsuliyyətli seçimlər etmək vaxtıdır”.
Kim Çen In gəmiyə baş çəkərkən qeyd edib ki, esmines ərazi sularını işğal edən düşməni dəf etmək üçün nəzərdə tutulub: “Lakin o, etibarlı dəniz müdafiə vasitəsi ola bilməz. Güclü hücum qabiliyyətinə əsaslanan fəal hücum müdafiəsi sisteminin yaradılması vacibdir”.
KCNA-nın məlumatına görə, esmines səsdən sürətli qanadlı raketlər və strateji qanadlı raketlər, zenit raketləri və göyərtə artilleriyası ilə silahlanıb.
Aprelin 28 və 29-da esminesin silah sistemlərinin ilk sınağı, o cümlədən səsdən sürətli qanadlı raketlərin, strateji qanadlı raketlərin və zenit raketlərinin sınaq buraxılışları və 127 mm-lik göyərtəli avtomatik topdan atəş açılıb.
Gundelik.az
