İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

Gənclərin göz sağlamlığı risk altındadır – Alimlərdən həyəcan təbili

Tədqiqatçılar ilk dəfə quru göz simptomlarının gənclərin böyük əksəriyyətində müşahidə olunduğunu aşkara çıxarıblar.

Gundelik.az xəbər verir ki, “The Ocular Surface”  nəşrində dərc edilən məqaləyə görə, 18-25 yaş arası tədqiqat iştirakçılarının 90 faizində bu vəziyyətin ən azı bir əlaməti ortaya çıxıb.

Tədqiqat aparılan iştirakçıların yarıdan çoxunun (56%) artıq tam quru göz sindromundan əziyyət çəkdiyi məlum olub.

Bildirilib ki, quru göz sindromu orqanizmdə kifayət qədər göz yaşı əmələ gətirmədikdə və ya onların tərkibi qeyri-normal olduqda inkişaf edir. Nəticə qaşınma, yanma, gözlərin qızarması, fotofobi və bulanıq görmə şiyakəytləri qaçılmaz olur.

Qeyd olunur ki, bu risk qrupuna kontakt linza taxanlar və ekran qarşısında çox vaxt keçirən hər kəs daxildir. Həmçinin məlumata görə, tədqiqat iştirakçıları gündə orta hesabla səkkiz saat ekrandan istifadə edənlər olub.

Bir il sonra elm adamları iştirakçıları yenidən müayinə ediblər və onların əhəmiyyətli bir hissəsində simptomların inkişafını qeyd ediblər. Mütəxəssislər vurğulayırlar ki, xəstəliyin belə erkən inkişafı erkən diaqnostika və profilaktikaya ehtiyac olduğunu göstərir: “Gənclərə gözlərini necə qorumağı öyrətmək xüsusilə vacibdir. Kompüterdə işləyərkən fasilələr verin, göz qırpma məşqləri edin, nəmləndirin və kifayət qədər yatın. Adekvat omeqa-3 yağ turşuları olan bir pəhriz də riski azalda bilər”.

Gələcək tədqiqatlarda alimlər sindromun inkişafını və qidalanmanın göz sağlamlığına təsirini göstərən biomarkerləri daha ətraflı öyrənməyi planlaşdırırlar.

Gundelik.az