Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ordusunda xidmətdə olan Rusiyanın BMP-3 piyada döyüş maşınları modernləşdirilməsi çərçivəsində yeni döyüş modulları alıb.
Gundelik.az xəbər verir ki, texnikanın fotoşəkilləri “War History Weapons” “Telegram” kanalının diqqətini çəkib.
Məlumata görə, xüsusi texnika Dubayın vəliəhd şahzadəsinin Ehtiyat Qüvvələr Komandanlığının qərargahına səfəri zamanı nümayiş etdirilib. Səfər zamanı 5-ci mexanikləşdirilmiş briqadanın müxtəlif texnikası, o cümlədən Slovakiyada istehsal olunan DVK-30 döyüş modulu ilə BMP-3 nümayiş etdirilib.
Avtomatik top, pulemyot və 100 mm-lik topdan ibarət standart BMP-3 silah sisteminin əvəzinə 30 mm-lik avtomatik top və pulemyot olan modul quraşdırılıb.
Məlumatda qeyd olunub ki, 100 mm-lik mərmilər avtomobilə dəyərək partlayarsa, onun məhvinə səbəb ola bilər.
Gundelik.az
