Futbol üzrə İtaliya çempionatının bazar ertəsi keçirilməsi planlaşdırılan dörd oyunu yeni tarixə təxirə salınıb.
Gundelik.az xəbər verir ki, bu barədə İtaliya futbolunun əsas divizionu olan A Seriyasının rəsmi saytında məlumat paylaşılıb.
Bildirilib ki, bu qərar bu gün Papa Fransiskin ölümü ilə bağlı olaraq qəbul edilib.
Məlumata görə, söhbət “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Cenoa” – “Latsio”, “Parma” – “Yuventus” matçlarından gedir.
Bu görüşlərin yeni tarixləri daha sonra açıqlanacaq.
Qeyd edək ki, Papa Fransisk 2025-ci il aprelin 21-də bazar ertəsi günü, 88 yaşında Vatikanda Santa Martadakı iqamətgahında vəfat edib.
Gundelik.az
