Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində bir sıra yollar işıqlandırılacaq.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Culfa Rayon İcra Hakimiyyətində (RİH) müvafiq işlərə start verilib.
Belə ki, görüləcək işlər çərçivəsində 22 kilometr məsafədə şəhərdaxili yolların işıqlandırılması işləri aparılacaq.
Hazırda RİH sözügedən işləri layihələndirəcək şirkət axtarışındadır.
Eyni zamanda RİH qeyd olunan işlərin 157 117 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
