İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Bakının bir sıra rayonları üzrə abadlıq işlərinə 57 milyon manat sərf olunacaq

Bakı şəhərinin bir sıra rayonları üzrə abadlıq işləri aparılacaq.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, abadlıq işləri Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində icra olunacaq.

Belə ki, sözügedən rayonları üzrə səkilərdə, həyətlərdə, park və bağlarda, xiyabanlarda təmir, yenidənqurma və abadlıq işləri həyata keçiriləcək.

Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətində müvafiq işlərə başlanılıb.

Qurum sözügedən işlərin 57 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az