İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

18 Aprel – Tarixi Abidələrin Mühafizəsi Günü, (1983)

“Biz öz milli mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə, adət ənənələrimizlə fəxr etməliyik. Əgər hansısa dağ kəndində tarixi abidə varsa, ona sadəcə qədim tikili kimi yox, milli sərvət kimi yanaşmalıyıq”.

  Ümummilli lider Heydər Əliyev
Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiqyerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Tarixi abidələr – məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Bu sahədə ölkəmizin bəxti gətirmişdir. Tarixi Abidələrin Mühafizəsi Günü, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt, Şirvanşahlar, İrəvan sərdar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər. Hazırda işğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz – Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdi. Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvanda Möminə Xatın və Qarabağlar türbələrində,Beynəlxalq İnkişaf Assosiasiyası bərpa və yenidənqurma işləri aparılmışdır. 2002-ci ildə respublikamız Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla, İçərişəhər Dövlət Tarixi-Memarlıq Kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilmişdir.

Gundelik.az