İyul 8, 2026
Baku
İqtisadiyyat Ölkə Xəbərlər

Niderland şirkəti Azərbaycan bazarından çıxır

“NOU Netherlands II B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunur.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 15, mənzil 1212 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən şirkətin filialı 2022-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Filialın qanuni təmsilçisi Viltegin Runi adlı şəxsdir.

Gundelik.az