Azərbaycan Mərkəzi Bankı valyuta hərraclarının rüblük nəticələrinin açıqlanması ilə bağlı məsələni Dövlət Neft Fondu ilə razılaşdırıb.
Bu barədə Gundelik.az etibarlı mənbədən məlumat əldə edib.
Məlumata əsasən, rüblük nəticələr yaxın günlərdə Fond tərəfindən açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) fevral ayının 27-dən etibarən valyuta hərracları barədə məlumat yaymağı dayandırıb.
Gundelik.az
