“Ashtel Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Şirkətin hansı səbəbdən bu addımı atması açıqlanmayıb.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 181A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Rəhimova Sevinc Sovet qızıdır.
Gundelik.az
