İyul 8, 2026
Baku
Aktual Xəbərlər

Titanikin tam ölçülü rəqəmsal skanı gəminin son anları ilə bağlı yeni məlumatlar üzə çıxardı

Gundelik.az xəbər verir ki,Titanik sərnişin gəmisinin tam ölçülü 3D rəqəmsal skanı faciəli səyahətin son anlarına dair yeni və əhəmiyyətli təfərrüatlar ortaya qoyub. 1912-ci ildə aysberqlə toqquşaraq iki yerə parçalanan gəminin batması nəticəsində 1,500-dən çox sərnişin həyatını itirmişdi.Yeni texnologiya ilə yaradılan bu skan, gəminin necə şiddətlə parçalandığını göstərməklə yanaşı, mühəndislərin son ana qədər işıqları işlək saxlamaq üçün səy göstərdiyini sübut edən sübutlar da təqdim edir. Skan zamanı görünən yeni qazanxana görüntüləri, sağ qalan şahidlərin ifadələrini təsdiqləyir.Kompüter simulyasiyası isə Titanikin gövdəsində A4 kağızı böyüklüyündə olan dəliklərin belə gəminin batmasına səbəb olduğunu göstərir.Titanik üzrə tədqiqatçı Parks Stephenson deyib: “Titanik – bu faciənin sağ qalan sonuncu şahididir və hələ danışacaq çox hekayəsi var.”Bu skan National Geographic və Atlantic Productions tərəfindən hazırlanan “Titanik: Rəqəmsal Dirçəliş” adlı yeni sənədli film üçün öyrənilib. Gəminin qalıqları Atlantik okeanının dərinliyində, 3,800 metr dərinlikdə yerləşir və sualtı robotlar vasitəsilə xəritələndirilib.Skanın yaradılması üçün hər bucaqdan çəkilmiş 700,000-dən çox şəkildən istifadə olunub. Bu “rəqəmsal əkiz” ilk dəfə 2023-cü ildə BBC News tərəfindən ictimaiyyətə təqdim olunub. Əvvəllər sualtı qayıqlarla aparılan tədqiqatlar yalnız məhdud görüntülər təqdim edirdisə, bu dəfəki skan Titanikin ilk tam görünüşünü təqdim edir.Gəminin nəhəng burnu dənizin dibində düz dayanıb, sanki hələ də səyahətinə davam edirmiş kimi. Lakin 600 metr aralıda yerləşən quyruq hissəsi isə dəniz dibinə çırpılaraq dəhşətli şəkildə əzilib və metaldan ibarət bir dağ halındadır.

Gundelik.az