İyul 8, 2026
Baku
Aktual Xəbərlər

Donald Tramp:Çin güzəştə getməsə,50% rüsum tətbiq olunacaq

Gundelik.az xəbər verir ki,ABŞ prezidenti Donald Tramp, dünya fond bazarlarında yaşanan dalğalanmalara baxmayaraq, qlobal rüsumlara fasilə verməyi planlaşdırmadığını açıqlayıb. O, Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada, əgər Pekin cavab olaraq tətbiq etdiyi rüsumları sabah günorta saatlarına qədər ləğv etməzsə, əlavə 50% idxal rüsumu tətbiq edəcəyini bir daha vurğulayıb.
Əgər bu rüsumlar qüvvəyə minərsə, bəzi ABŞ şirkətləri Çin mənşəli malları idxal edərkən ümumilikdə 104%-lik vergi ödəməli olacaqlar.Bu açıqlama Avropanın əsas fond bazarlarında ciddi geriləmələrin müşahidə olunduğu vaxta təsadüf edir. Londonun FTSE 100 indeksində 4%-dən çox eniş qeydə alınıb. ABŞ fond bazarlarında da gün ərzində kəskin dalğalanmalar olub. Bununla belə, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq indeksi günü müsbət nəticə ilə başa vurub.Dow Jones indeksi 0.91% azalaraq bağlanıb, S&P 500 isə ardıcıl üçüncü ticarət günündə 0.23% dəyər itirib.

Gundelik.az