İyul 8, 2026
Baku
Xəbərlər

Naməlum şahzadədən gələn e-poçt: Dünyanın ən kiçik ölkəsi Sealand haqqında hekayə

2020-ci ilin may ayında aldığım bir e-poçt həyatımda unudulmaz hadisələrin başlanğıcı oldu. Bu mesaj mənə Sealand şahzadəsi Maykl tərəfindən göndərilmişdi. O, mənimlə əlaqə saxlamaq istədiyini bildirirdi.Bu sadə e-poçt tarix və coğrafiyası fərqli olan sirli bir dünyaya aparan qapıya çevrildi. Məsələyə taxt-tac iddiaları, torpaq mübahisələri, İkinci Dünya Müharibəsi, qadağan olunmuş radio stansiyaları və rabitə məhdudiyyətləri kimi mövzular da qarışmışdı. Sealand – dünyanın ən kiçik ölkəsi hesab edilən ada dövlətidir. O, Böyük Britaniyanın Saffolk sahillərinə yaxın yerləşir. Əslində, bu yer İkinci Dünya Müharibəsi zamanı hava hücumlarına qarşı müdafiə məqsədilə 1942-ci ildə tikilmiş HM Fort Ruffs adlı hərbi platforma olub.Bu gözlənilməz mesaj mənim üçün unikal bir təcrübəyə çevrildi. Heç vaxt bir şahzadədən e-poçt almamışdım və ola bilsin ki, bir daha da almayacağam.

Gundelik.az