Gundelik.az xəbər verir ki, bu danışıqlardan əvvəl Ukrayna və ABŞ rəsmiləri arasında da Səudiyyə Ərəbistanında görüş keçirilib. Ukraynanın müdafiə naziri bu görüşü “məhsuldar və diqqət mərkəzində olan” danışıqlar kimi qiymətləndirib. Bu arada Rusiya Ukraynaya hücumlarını davam etdirir. Ukrayna bildirir ki, Rusiya ötən gecə 99 pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edib. Həftəsonu Rusiyanın Kiyevə təşkil etdiyi PUA hücumu nəticəsində üç nəfər, o cümlədən beş yaşlı bir uşaq həlak olub. Ukrayna da Rusiyaya pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edir. Rusiya ordusu bildirir ki, ötən gecə 28 PUA-nı vuraraq məhv edib. Ukrayna isə Rusiyada dörd hərbi helikopteri sıradan çıxardığını bəyan edib.
