ABŞ sakini Ueyn Hilliard lotereyada 50 min dollar (təxminən 4,3 milyon rubl) udub. Lakin unutqanlığı səbəbindən qazandığı pulu az qala itirəcəkdi.
Gundelik.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Kişi bildirib ki, lotereya biletini yanacaqdoldurma məntəqəsində alıb. Bileti yoxlamadan təhlükəsiz saxlamaq üçün çantasına qoyub. Bir müddət sonra isə onun haqqında tamamilə unudub.
Şanslı bilet Hilliard təsadüfən yenidən qarşılaşana qədər dörd ay çantasında qalıb. Uduş qazandığını öyrəndikdən sonra qalib lotereyanın təşkilatçılarına müraciət edib və vergilər çıxıldıqdan sonra 36,6 min dollar (təxminən 3 milyon rubl) əldə edib.
Daha əvvəl ABŞ-nin Missuri ştatında lotereya qalibinin 50 min dolları az qala itirdiyi bildirilmişdi. O, şanslı biletini pikap avtomobilində təsadüfən unudub. :::
Nurəddin Abdullayev
Gundelik.az
