Ağdərə rayonu Suqovuşan kəndində 19, Talış kəndində 19, Zəylik kəndində 40 fərdi yaşayış evi təmir olunacaq.
Bu barədə Gundelik.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Belə ki, qurum cari təmirlə bağlı layihələndirmə işlərini “Kumex” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 67 min 860 manat olaraq müəyyənləşib.

