İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə Xəbərlər

“Füyuzat” dan “Çağrı” ya: Bir Fikrin Yolçuluğu

Bəzən bir insanın bioqrafiyası sadəcə vəzifələrin siyahısı olmur — o, bir düşüncə xəritəsi olur. Kağızdan ekrana, ənənədən rəqəmsala, keçmişin mirasından gələcəyin çağırışına uzanan bir xəritə. Bu xəritənin üzərində isə söz dayanır — həm mətndə, həm ideyada, həm də mövqedə. Tanınmış rəqəmsal yaradıcı, yazıçı, uzun illər “Füyuzat” jurnalının baş redaktoru kimi milli fikir platformasına istiqamət verən, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTAR) rəhbərliyində təmsil olunan və çağrı.az saytının yaradıcısı kimi rəqəmsal məkanda yeni söz məkanı quran Mübariz  Yunuszadə ilə söhbətimiz təkcə jurnalistika və ədəbiyyat haqqında deyil. Bu müsahibə yaddaşla zamanın, ənənə ilə texnologiyanın, milli irslə qlobal düşüncənin kəsişmə nöqtəsində qurulan bir dialoqdur.