Gundelik.az Dünya Maduronun qaçırılması İranla müharibə narahatlığını artırır
Dünya Xəbərlər

Maduronun qaçırılması İranla müharibə narahatlığını artırır

Ekspertlər bildirirlər ki, ABŞ-nin Karakasda həyata keçirdiyi hərbi müdaxilə Tehranla mümkün qarşıdurmaya “təkan verir” və diplomatik səylərə növbəti ciddi zərbəni vurur.
Vaşinqton, DC – ABŞ Venesuela Prezidenti Nikolas Maduronun qaçırıldığını açıqladıqdan bir neçə saat sonra israilli siyasətçi Yair Lapid Tehrana xəbərdarlıq edib. O bildirib ki, “İrandakı rejim Venesuelada baş verənlərə diqqətlə yanaşmalıdır”.
Maduronun zorla hakimiyyətdən kənarlaşdırılması ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməsindən və İrana qarşı yeni hərbi zərbələr endirilə biləcəyi ilə bağlı hədələr səsləndirməsindən bir həftə keçməmiş baş verib.
Vaşinqtonun həm Karakas, həm də Tehranla münasibətlərindəki gərginliyin səbəbləri və inkişaf mexanizmləri fərqli olsa da, analitiklərin fikrincə, Trampın Maduroya qarşı atdığı bu addım İranla müharibə ehtimalını artırır.
Milli İran-Amerika Şurasının (NIAC) prezidenti Camal Abdi bu məsələyə münasibət bildirərək deyib:
“Yeni yaranan qanunsuzluq mühiti vəziyyəti daha da qeyri-sabit edir və müharibə riskini artırır”.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version