İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Maliyyə Nazirliyinin İKT üzrə maddi-texniki bazası 1,5 milyon manata təkmilləşdiriləcək

Maliyyə Nazirliyinin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə maddi-texniki bazası təkmilləşdiriləcək.

Bu barədə Gundelik.az nazirlikdən məlumat əldə edib.

Məlumata görə, nazirlik təkmilləşdirilmə işləri ilə bağlı zəruri avadanlıqlar almağa başlayıb və “İSOFT” şirkəti ilə alqı-satqı müqaviləsi bağlayıb.

Müqavilənin maliyyə dəyəri isə 1,5 milyon manat müəyyənləşib.