İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-də sərnişin təyyarələri toqquşdu

Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Delta Air Lines” şirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub.

Gundelik.az xəbər verir ki, “ABC News”un məlumatına görə, hadisə oktyabrın 1-də Nyu-Yorkdakı LaGuardia hava limanında baş verib.

İlkin məlumata əsasən, insident nəticəsində ən azı bir nəfər – stüardessa xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Aviaşirkətin açıqlamasında bildirilib ki, Virciniyanın Roanok şəhərindən uçuşa hazırlaşan təyyarənin qanadı Şimali Karolinanın Şarlott şəhərindən gələn təyyarənin gövdəsinə dəyib.

“Delta bütün aidiyyəti qurumlarla araşdırmada əməkdaşlıq edəcək. Sərnişinlərimizin və əməkdaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Yaşanan vəziyyətə görə müştərilərimizdən üzr istəyirik”, – deyə şirkətin bəyanatında qeyd olunub.

Xatırladaq ki, sentyabrın sonunda Moskvanın Şeremetyevo hava limanında da iki təyyarə toqquşmuş, onlardan birindəki sərnişinlər təxliyə edilmişdi.

Gundelik.az