ABŞ Prezidenti Donald Trampın təzyiqlərinə baxmayaraq, Avropa İttifaqı (Aİ) ölkələrinin 2027-ci ilə qədər Rusiya neftindən imtina etməsi çətin görünür.
Gundelik.az xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ-nin iki diplomatına istinadən məlumat yayıb.
Mənbələr bildirir ki, blokun Rusiya enerjisindən imtina tarixi 2027-ci ildən əvvəl olmaya bilər. Sözügedən təklif bu ilin iyun ayında təqdim olunub və Aİ ölkələrinin 2027-ci ilə qədər Rusiya enerjisindən asılılığını tamamilə aradan qaldırması nəzərdə tutulur.
Qeyd olunur ki, Tramp əvvəlcə bəyan etmişdi: əgər bütün NATO ölkələri oxşar addımlarla razılaşaraq Rusiya neftindən imtina etsə, ABŞ Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edəcək.
Gundelik.az

