Qarpız günü ilk dəfə avqustun 3-də Amerikada qeyd olunmuşdur. Bu ölkənin, xüsusən latınamerikalı əhalisi qarpızı çox sevirlər. Orada bu şirin və dadlı meyvə yay pikniklərinin zəruri atributlarından biridir. Ümumiyyətlə, qarpızı kim sevmir ki? Bu böyük, orqanizmin susuzluğunu yatıran, təravət verən meyvə 90% sudan ibarətdir. Şirin olmasına baxmayaraq, kalorisi az olan qarpızın bayramının kim və nə zaman təyin edildiyi məlum deyil. Qabaqkimilər fəsiləsindən olan qarpız birillik bostan bitkisidir. Qarpızın qabığı müxtəlif rəngdə ola bilər: ağ və sarı rəngdən tünd yaşıla qədər. Üzərində isə ləkə, zolaq və s. formalarda şəkilləri olur. Hazırda dünyanın 90-dan çox ölkəsində qarpızın 1200-dən çox növü becərilir. Qarpızın vətəni Cənubi Afrika hesab olunur. Hətta Qədim Misirdə aparılan qazıntılar sübut etmişdir ki, orada qarpız becərilib. Qədim Misir miflərində və papiruslar üzərindəki qədim reseptlərdə bu meyvənin adı çəkilir. Qarpız Qədim Romada da məlum idi. Qədim Çinə ticarət gəmiləri vasitəsilə aparılan qarpız orada da sevilmişdir. Bu gün də dünyada qarpızın ən çox becərildiyi yer Çindir. Qarpız Rusiya və Avropada təxminən XI-XII əsrlərdə (bəzi faktlara görə, XIII-XIV əsrlərdə), Amerikada isə XVI əsrdə peyda olmuşdur.
Qarpızı sevənlər çox olduğu üçün bu günü qeyd etmək onlara əlavə bayram əhvali- ruhiyyəsi yaşadır.
Gundelik.az
