Gundelik.az Elm və təhsil 28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir
Elm və təhsil

28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir

  1918-ci il may ayının 28-də çox gərgin siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, dili, dini sıxışdırılan xalqımız özünün hüquqi, dünyəvi və demokratik respublikasını yaratdı. Məhz bu tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olmuşdur. Müstəqil, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Cümhuriyyət cəmi 23 ay fəaliyyəti dövründə xalqın milli özünüdərki özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu göstərmişdir.1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də açıq göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.Düzdür, bu Cümhuriy-yətin ömrü uzun olmasa da, qısa bir müddət ərzində – 23 aya çox böyük işlər görə bilmişdir. Ən əsası isə, qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılmışdır. Həmin dövr üçün bu hadisə olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, məsələn bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlardan olmuşdur. Bu müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynayacaqdı.
Cümhuriyyət çox az müddət mövcud olsa da, xalqımızın milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi.Lakin həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq, mümkün olmadı. Beləliklə ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağımızı Müasir AZƏRBAYCANIN xilaskarı, idealımız Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır.Bununla müasir müstəqilliyimizə gedən yolun əsası qoyulmuşdur.Məsələ burasında idi ki, keçmiş Sovet İttifaqının mövcud olduğu bir dövrdə belə cəsarətli addımın atılması dahi Heydər Əliyevin qədirbilən xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli və dönməz olduğunu bir daha göstərdi.Həmin dövrün tarixi prosesləri, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq ondanda daha çətin, məsuliyyətli bir işdir. Keçən əsrin sonların-da müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr və hərc-mərclik digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə qədirbilən xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu! Ümummilli Lider dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq.İlk Cümhuriyyətin tariximizdəki yerinə xüsusi qiymət verən xilaskarımız, ulu öndər Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Beləliklə Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini, siyasi-kursunu bugünkü gündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərir. 28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi qeyd edilir, Dövlətimiz öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır.Prezidentin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur! Ölkə rəhbəri Prezidentin  sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, qeyd edərdim ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Əldə olunmuş uğurlar xalqımızda qürur hissi doğurur. Məhz bu da cümhuriyyət qurucularının əsas qayəsi idi.
Vurğulayım ki, bu illər ərzində ölkəmizin hərbi qüdrəti də getdikcə artmışdır. Qürurla qeyd edirəm ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşmışdır. Elə bu tədbirlərin nəticəsidir ki, 2016-cı il aprel ayının əvvəllərində Ordumuzun bölmələri əks həmlə ilə erməni işğalçılarının törətdikləri silahlı təxribatların qarşısını aldı və düşmənin dinc əhaliyə qarşı hücumlarını dəf etdi, sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq bir çox ərazilərimizi, o cümlədən olduqca mühüm əhəmiyyət kəsb edən strateji yüksəklikləri düşməndən azad etdi.
Nəhayət  2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. 44 Günlük Vətən müharibəsində məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin həmçinin Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu. Azərbaycan Ordusu tərəfindən döyüşlərdə ən müasir silahlardan peşəkarlıqla istifadə edilməsi, yüksək dağlıq şəraitdə, sıldırım qayalıqlarda həyata keçirilən əməliyyat nəticəsində Şuşanın ermənilərdən təmizlənməsi də hərb tariximizə şərəfli səhifə kimi yazıldı.
Azad edilmiş ərazilərdə qarşılaşdığımız dəhşətli mənzərə, dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması üçün Prezident İlham Əliyevin şəxsən  göstərişi ilə sürətli bərpa işləri həyata keçirilir.Qürurla qeyd edirəm ki, bu gün hər kəs Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün hazırdır. Bu sevinci, qüruru, ümummilli qələbəni yaşadıqları üçün Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə,hərbçilərimizə,Vətənin keşiyindəduran igid oğullarımıza sağlamlıq, güc-qüvvət arzulayırlar.Qətiyyətli Prezidentimizin və qüdrətli, hazırlıqlı Ordumuzun sayəsində xalqımız uzun illərdən sonra bu il 5-ci ildir ki, 28 May – Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır. Bu gün Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bir zamanlar AXC-nin həyata keçirə bilmədiyi, daxili və xarici düşmənlərimizin mane olduqları bütün arzuları gerçəkləşdirməkdədir. Bu gün artıq bir zamanlar buraxılmış bütün tarixi səhflər də düzəlir və son 200 (iki) yüz illik tariximizdə mümkün olmayanı cənab Prezidentimiz öz güclü iradəsi, uzaqgörən siyasəti ilə mümkün etmişdir.Sonda bir daha qeyd edim ki, Müzəffər Ali Baş Komandanımız, doğma Partiyamızın rəhbəri, Prezidentimiz İlham Əliyevin uğurla yürütdüyü Heydər Əliyev siyasi kursu sayəsində, yolumuz Zəngəzura, Göyçəyə, ümumiyyətlə Azərbaycan Xalq Cumhuriyyətinin tarixi torpaqlarınadır.
YAP Saatlı rayonu 15 sayll ƏPT-n sədri Vüqar Məmmədov
Gundelik.az
Exit mobile version