Əminə Yusifqızı (24.9.1936, Bakı) – aktrisa, Azərbaycanın xalq artisti (1998), Cəfər Cabbarlı mükafatı (2010) laureatı
Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələn məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964-1974), Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır. M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olmuşdur.
Rolları: Qulu (“Anacan”, Y.Əzimzadə), Səbirə (“Son məktub”, R.İsmayılov), Humay (“Komsomol poeması”, İ.Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər (“Söz yarası”, Q.Rəsulov), Əliman (“Ana tarla”, Çingiz Aytmatov), Esse (“Şeytanın şagirdi”, Bernard Şou) və s. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləmişdir. “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.
Filmoqrafiya: Ad günü (film, 1977), Alma almaya bənzər (film, 1975), Alman klinikasına şəxsi səfər (film, 1988), Arşın mal alan (film, 1965), Arxadan vurulan zərbə (film, 1977), Bakıda küləklər əsir (film, 1974), Bayquş gələndə (film, 1978), Bəxtəvər (film, 1984), Bəyin oğurlanması (film, 1986), Bir ailəlik bağ evi (film, 1978), Bir cənub şəhərində (film, 1969), Birisigün, gecəyarısı… (film, 1981), Bizim küçənin oğlanları (film, 1973), Bulud niyə ağlayır? (film, 1973), Burulğan (film, 1986), Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax), Dairə (film, 1989), Dədə Qorqud (film, 1975), Ən vacib müsahibə (film, 1971), Əzablı yollar (film, 1982), Gənc qadının kişisi (film, 1988), Gilas ağacı (film, 1972), Həsən Əbluc (film, 1999), Həyat bizi sınayır (film, 1972), Heydər Əliyev. İki əsrin fenomeni (film, 2002), Xatirələr sahili (film, 1972), Xüsusi buraxılış (film, 1983), İnsan məskən salır (film, 1967), İstintaq (film, 1979), Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990), Qanun naminə (film, 1968), Qatır Məmməd (film, 1974), Qayınana (film, 1978), Qətl günü (film, 1990), Qeybdən gələn səs (film, 2002), Qızıl uçurum (film, 1980), Qızıl qaz (film, 1972), Mən ki gözəl deyildim (film, 1968), Mən mahnı qoşuram (film, 1979), Mənim əziz atam (1970), Möcüzələr adası (film, 1963), Nizami (film, 1982), O qızı tapın (film, 1970), Od içində (film, 1978), Onu bağışlamaq olarmı? (film, 1959), Onun bəlalı sevgisi (film, 1980), Özgə ömür (film, 1987), Park (film, 1984), Prima (film, 1992), Rəngli yuxu (film, 1982), Sən niyə susursan? (film, 1966), Süd dişinin ağrısı (film, 1987), Şahid qız (film, 1990), Şərikli çörək (film, 1969), Üzeyir ömrü (film, 1981) və s.
Gundelik.az
