Şəmsi Bədəlbəyli Azərbaycan Teatr Cəmiyyəti idarə heyətinin sədri işləyərkən, teatr işçiləri ordusunun əsl ağsaqqalı, ağıllı, təmkinli rəhbəri olmuşdur.
Rusiya Federasiyasının Xalq artisti Y. Simonov Bədəlbəyli Şəmsi Bədəl bəy oğlu — tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın xalq artisti. 23 fevral 1911-ci ildə – Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəlbəy Bədəlbəylinin (1875-1932) və Rəhimə xanım Qacarın (1880-1966) ailəsində dünyaya gəlmişdir. Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. 1927-1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur. 1939-cu il, 23 oktyabr – Azərbaycan Dövlət Dram Teatrında Ş.Bədəlbəylinin rejissor kimi ilk müstəqil işi olaraq, C.Məmmədquluzadənin “Ölülər” əsəri tamaşaya qoyulur. Bu, onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olur. Ş.Bədəlbəyliyə Azərbaycan incəsənətinin inkişafında böyük nailiyyətlərinə görə Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən əməkdar incəsənət xadimi fəxri adı verilir. Ş.Bədəlbəyli bundan sonrakı illərdə də bir sıra hökümət mükafatlarına layiq görülmüş, fəxri fərmanlarla, orden və medallarla təltif olunmuşdur.1943-1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər vəzifəsinə təyin olunur. 1946-cı il, 17 iyul – Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində F.Əmirovun “Gözün aydın” musiqili komediyası Ş.Bədəlbəyli tərəfindən tamaşaya qoyulur.1948-ci il, 31 dekabr – Ş.Bədəlbəyli həmin səhnədə S.Ələsgərovun “Ulduz” musiqili komediyasına quruluş verir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ş.Bədəlbəyli 1947-ci ildə Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, 1956-cı ildə “Arşın mal alan” musiqili komediyalarına yeni quruluş vermişdir.1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Koroğlu” operasına yeni quruluş verir. 1987-ci il, 24 may – Şəmsi Bədəlbəyli vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Filmoqrafiya: O qızı tapın (film, 1970), Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) – rol: Şabanzadə, Xatirələr sahili (film, 1972),Ömrün səhifələri (film, 1974), Tikdim ki, izim qala. III film (film, 1998), Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000), Maestro Niyazi (film, 2007) və s.
Gundelik.az

