İyul 8, 2026
Baku
Tarixdə bu gün Xəbərlər

21 Yanvar – Beynəlxalq Qucaqlaşma Günü, (1986)

Yanvarın 21-də bütün dünyada ən qeyri-adi bayramlardan biri – Beynəlxalq  Qucaqlaşma Günü qeyd olunur (İnternational Hug Day). Bu bayramın əsası 1986-cı ildə ABŞ-da qoyulmuş, sonradan bütün dünyada yayılmışdır. Bayramın ənənəsinə görə həmin gün hətta tanımadığın insanlarla belə dostcasına qucaqlaşa bilərsən.
Bu bayramın çox gənc olmasına baxmayaraq, onun müəllifinin kimliyi və nə üçün məhz bu günü seçməsi müəyyənləşdirilməyib. Belə hesab olunur ki, bayramın təşəbbüskarı tələbələr olmuşlar.
Son illərdə gənclər bu bayramı geniş qeyd edirlər. Bayramın tərəfdarları hesab edirlər ki, insanlar qucaqlaşan zaman bir-birlərinə müsbət nerjilərini, qəlblərindən gələn istiliyi bötürürlər.
Psixoloqlar belə hesab edirlər ki, sizi qucaqlamaq istəyən insanlar təhlükəsizlik, komfort və sevgi hisslərini yaşamaq istəyirlər. Qucaqlaşma bizi bütün ömrümüz boyu müşayiət edir. Biz görüşdüyümüz zaman və ya uzun ayrılıqdan sonra doğmalarımızı və  dostlarımızı qucaqlayıb öz sevincimizi və minnətdarlığımızı bildirmək istəyərkən də qucaqlaşırıq. Bu bayram heç bir maddi xərcə səbəb olmur. Siz sevdiklərinizi yalnız
qəlbinizin hərarəti ilə, ürəkdən qucaqlaşaraq, sevginizi ifadə edərək təbrik edirsiniz, mükafatlandırırsınız.

Gundelik.az