İrqi Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə Günü (İnternational Day for the Racial Discrimination) BMT-nin Baş Assambleyasının 1966-cı il 26 oktyabr tarixində keçirilən XXI sessiyasının qərarı hər il martın 21-də keçirilir. 1960-cı ilin həmin günü polis Şarpevildə (Cənubi Afrika) aparteid rejiminin= Cənubi Afrika Respublikasında afrikalıların məcburi pasportlaşdırılması haqqında qanunun əleyhinə dinc nümayiş zamanı atəş açmış və 69 nəfəri öldürmüşdür. BMT-nin Baş Assambleyası bu günü elan edərək beynəlxalq birliyi, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üçün səylərini birləşdirməyə çağırmışdır. Bununla BMT təsdiq etmişdir ki, irqi ayrı-seçkiliyi insan hüquqlarının, əsas azadlıqların və ədalətin inkarı hesab etmək olar və o, insan ləyaqətinə qarşı cinayətdir. BMT ayrı-seçkiliyin sosial və iqtisadi inkişafa, həmçinin beynəlxalq əməkdaşlığa və sülhə maneə olduğunu da qəbul edir.
Gundelik.az

