İyul 8, 2026
Baku
Dünya Xəbərlər

2025-ci ilin ən populyar smartfonları açıqlanıb

Bu ilin ilk doqquz ayında Rusiyada həm premium, həm də sərfəli modelləri əhatə edən ən populyar smartfonların siyahısı tərtib olunub.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında ümumilikdə 16,5 milyon ədəd smartfon satılıb, satışların ümumi dəyəri isə 405 milyard rubl təşkil edib. Təkcə üçüncü rübdə 5,3 milyon cihaz 130 milyard rubl məbləğində alıcı tapıb.

Satış həcminə görə “Redmi”, “Realme”, “Tecno” və “Samsung” liderlik edir. Satış dəyərinə görə isə birinci yerdə “Apple”, onu “Samsung” və “Redmi” izləyir.

Sentyabrın son həftəsində ən populyar modellərin reytinqində dəyişikliklər baş verib. İlk onluğa beş “Apple” modeli daxil olub: “iPhone 16 Pro Max”, “iPhone 16” və onun geniş yaddaşlı versiyası, “iPhone 15” və “iPhone 13”. Reytinqdə həmçinin “Samsung Galaxy S25 Ultra”, eləcə də sərfəli seqmentdə “Galaxy A16″ və “Galaxy A56″ yer alıb.

“M.Video” şirkətinin Telekom və Qadcetlər şöbəsinin rəhbəri Nikita Tolpıqin bildirib ki, “Apple” smartfonlarının satışları ənənəvi olaraq daha çox gəlir gətirir, lakin Çin istehsalı olan funksional və sərfəli modellər geniş kütlələr arasında bestsellerə çevrilir:

“Bu güc balansı bir tərəfdən sərfəli modellərə yüksək tələbatı, digər tərəfdən isə qlobal liderlərin texnologiyalarına investisiya etmək istəyini əks etdirir”.

Bundan əvvəl “Canalys” analitikləri məlumat vermişdi ki, “Huawei” qatlana bilən smartfonlar üzrə dünyanın aparıcı istehsalçısına çevrilib. 2025-ci ilin ilk yarısında şirkətin bu seqmentdə qlobal bazar payı 48 faiz təşkil edib.

Gundelik.az