Türkiyədə sığorta sahəsinə nəzarət edən qurum — Sigortacılık ve Özel Emeklilik Düzenleme ve Denetleme Kurumu (SEDDK), Magdeburger Sigorta AŞ şirkətinin bütün sahələr üzrə yeni sığorta polisi bağlama və mövcud polisləri yeniləmə hüququnu müvəqqəti olaraq dayandırıb.
Qurumun açıqlamasında bildirilib ki, şirkət bir müddətdir nəzarət altında idi və mərhələli tədbirlərə baxmayaraq maliyyə vəziyyətindəki problemləri aradan qaldıra bilməyib. Buna görə də şirkətin fəaliyyəti kapital yetərliliyi şərtlərini yerinə yetirənə qədər dayandırılıb.
Eyni zamanda qeyd olunub ki, şirkətin əvvəllər bağladığı sığorta müqavilələri qüvvədə qalır və müştərilərə qarşı öhdəliklər (məsələn, zərərlərin ödənilməsi) yerinə yetiriləcək. Bu məqsədlə lazımi tədbirlər görülüb.
Qurum vurğulayıb ki, onların əsas məqsədi sığortalıların hüquqlarını qorumaq və sektorun stabil işləməsini təmin etməkdir.
Şirkət 2018-ci ildən Bor Holding tərkibində fəaliyyət göstərirdi. İlk olaraq isə 1844-cü ildə Almaniyanın Magdeburg şəhərində yaradılıb.
Mənbə:Haber Global
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

