Gundelik.az Elm və təhsil Ədəbiyyat 17 İyun – Nasir, publisist Əliyev Azərin 65 illiyi, (1960)
Ədəbiyyat Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

17 İyun – Nasir, publisist Əliyev Azərin 65 illiyi, (1960)

Əliyev Azər Adil oğlu – nasir. Publisist, 2002-ci ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1995)

Əliyev Azər Adil oğlu 1960-cı il iyunun 17-də Azərbaycanda Bakı şəhərində qulluqçuailəsində anadan olmuşdur. Burada 56 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan dövlət İnşaat Mühəndisləri İnstitutunda təhsil almışdır (1977-1985). Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda laborant kimi başlamışdır. Ədəbi fəaliyyətə keçən əsrin 80-ci illərindən başlamışdır. İlk qələm təcrübəsi “Pioner” qəzetində dərc olunmuşdur. Dövri
mətbuatda publisist məqalələr, oçerk, hekayə və povestlərlə müntəzəm çıxış etmişdir. Müasir ədəbi tənqidi fikrin tədqiqi ilə məşğuldur. “Diyar” müstəqil qəzetinin təsisçisi və Baş redaktorudur (1999- cu ildən). “Həsən bəy Zərdabi”, “İnam”, “Qızıl qələm” və “Abdulla Şaiq”mükafatları laureatıdır. Cəlil Məmmədquluzadə adına müsabiqənin qalibi olmuşdur (2004) Azərbaycan Yazıçılar Birliyinin XI qurultayına nümayəndə seçilmişdir (2004).
Əsərləri: “Qəmli səadət” 2000, “Qara canavarlar” (povest, hekayələr. mənsur şeirlər), “Mirzə Cəlil və Azərbaycan mətbuatı” ( 2005), “Sönməyən üfüqlər” (2008) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 105.

Exit mobile version