Gundelik.az Mədəniyyət və cəmiyyət 14 Aprel – Dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 155 illiyi, (1870-1925)
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

14 Aprel – Dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 155 illiyi, (1870-1925)

Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir…

Ümummilli lider Heydər Əliyev

Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq- yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi milli romanımızın (“Bahadır və Sona”) və ilk tarixi faciənin (“Nadir şah”) banisi kimi qalır. Onun iqtidarda olduğu dövrlərdə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir. N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSRİ elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSRİ Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur. 1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilir. N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

Əsərləri: “Nadanlıq” (1894), “Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və camaətə xidmətləri” (1900), “Xolera baba” (1910), “Dilin bəlası” (1913), “Şamdan bəy” (1925), “Nadir Şah” (1927), “Pir” (1956), “Traxoma” (1924), “Həmli arvad” (1924) “Bahadır və Sona” ( 1964),

“Seçilmiş əsərləri” (1985) və s.

Filmoqrafiya: XI qırmızı ordu hissələrinin Bakıda paradı (II)(film, 1920)(qısametrajlı sənədli film), Bakıda şərq xalqlarının I qurultayı (film, 1920) (qısametrajlı sənədli film), Sovet Azərbaycanının I ildönümü (film, 1921) (qısametrajlı sənədli film), Nəriman Nərimanovun dəfni (film, 1925) (qısametrajlı sənədli film), Şamdan bəy (film, 1956) (tamaşa).

Gundelik.az

Exit mobile version